AZ

Rusiyaya gedən almaniyalı deputat fraksiyadan xaric olundu

Hamburq parlamentində “Almaniya üçün Alternativ” fraksiyası prezident seçkiləri zamanı Rusiyaya səfər etmiş deputat Olqa Peterseni sıralarından çıxarıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 7-də NDR teleradio şirkəti məlumat yayıb.

Petersen “partiyaya zərər vuran davranışlarda” ittiham olunur. Bu iddialar onun Rusiyaya səfəri zamanı qeyri-ardıcıl davranışı ilə bağlıdır.

“İddialarının əksinə olaraq, o, təkcə şəxsi səbəblərə görə orada olmayıb”, NRD AfD partiyasının məlumatına istinadən yazır.

"Deputat Rusiyada keçirilən seçkilərlə bağlı siyasi şərhlər verib", NDR aydınlaşdırır.

Petersen, öz növbəsində, televiziya və radio şirkətinə hüquq müstəvisində partiyadan xaric edilmə prosesindən özünü müdafiə etmək niyyətində olduğunu bildirib.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
Mənbələr
Şərh ()
Bağla