AZ

BMİP-nin gender bərabərliyi və iqtisadi inkişaf: Azərbaycan üçün irəliləyən yollar

BMT-nin baş katibinin köməkçisi, İnkişaf Proqramının Administratorunun köməkçisi, Siyasət və Proqramlara Dəstək Bürosunun direktoru Markos Atias Neto 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu – “Azərbaycanın 4-cü könüllü milli hesabatı və DİM5-in sürətləndirilməsi üçün qadınların iqtisadi gücünün artırılması üzrə maraqlı tərəflərin məşvərət görüşü”ndə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

QHT.az xəbər verir ki, cənab Neto öz çıxışında BMTİP-nin gender bərabərliyi və aşağı imkanlı qrupların iqtisadi səlahiyyətlərinin artırılması, rəqəmsal həllər, iqlim dəyişikliyi və enerji keçidi istiqamətində Azərbaycan hökumətinin prioritetlərini dəstəklədiyini qeyd edib. O, BMTİP Azərbaycanın “Gender Seal” üzrə bürünc sertifikata layiq görülməsinə diqqət çəkərək bunun ölkənin gender bərabərliyinə sadiqliyinin bariz nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, 8 may tarixində, Bakı vaxtı ilə saat 16:00-da, BMT-nin baş katibinin köməkçisi, İnkişaf Proqramının Administratorunun köməkçisi, Siyasət və Proqramlara Dəstək Bürosunun direktoru Markos Atias Neto Azərbaycana rəsmi səfəri çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşəcək. Cənab Neto “İnkişaf üçün maliyyələşdirmə ilə Paris Sazişinin dayanıqlı inkişaf üçün Milli Səviyyədə Müəyyən edilən Töhfələrinin əlaqələndirilməsi” adlı məruzə ilə çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
Mənbələr
Şərh ()
Bağla