AZ

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Brüssel, 7 may, AZƏRTAC

Belçikada fəaliyyət göstərən “FireLand” Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin dəstəyi ilə Brüsselin Volüve-Sen-Pyer və Etterbek bələdiyyələrinin hər il may ayında birgə təşkil etdiyi ənənəvi festivalda iştirak edib.

AZƏRTAC xəbər verir ki, festivalda milli yeməklərin, içkilərin, Azərbaycan mədəniyyəti və incəsənətinə aid kitab və broşürlərin, kəlağayı və aksesuarların yer aldığı Azərbaycan stendi yüzlərlə iştirakçının marağına səbəb olub. Ən çox diqqət cəlb edən stendlərdən olan Azərbaycan stendində qonaqlara müxtəlif dillərdə ölkəmiz haqqında məlumatlar verilib.

Festivalda iştirak edən yerli siyasətçilər, deputatlar, partiya nümayəndələri Azərbaycan təamlarının dadına baxıb, Azərbaycanla maraqlanıblar.

“FireLand”ın tərkibində yer alan rəqs qruplarının çoxsaylı rəqs nümunələri iştirakçıların marağına səbəb olub, rəqsləri izləyənlər Azərbaycan stendinə yaxınlaşaraq, ölkəmiz barədə məlumat əldə ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
Mənbələr
Şərh ()
Bağla